manera.az
manera.az

"Qarabağın səsi" layihəsi yekunlaşdı

📅 09.11.2017 19:03

"Qarabağın səsi" layihəsi yekunlaşdı
Azərbaycan Milli Konservatoriyasında (AMK) "Qarabağın səsi" adlı layihəyə yekun vurulub.

MANERA.AZ xəbər verir ki, final konserti Yunus Əmrə İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi, Azərbaycan Türkiyə İş Adamları Birliyi və Türk İşbirliyi Koordinasion Agentliyi və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək layihənin önəmindən söz açıb, dəstək göstərən təşkilatlara təşəkkürünü bildirib. Daha sonra rektor layihə barədə qısa məlumat verib və öz ata-baba yurdlarından uzaq düşmüş qarabağlı istedadların bu işdə qazana biləcəyi uğurları diqqətə çatdırıb.

Konsertdə Azərbaycanın cəbhə bölgələrindən seçilən Qarabağdan olan istedadlı uşaqlar, milli musiqi alətləri və vokal ifaları ilə xalq, bəstəkar və muğamlarımızı səsləndiriblər.

Sonda bütün ifaçılara sertifikat və xüsusi hədiyyələr təqdim olunub.


Baxış sayı - 820 | Yüklənmə tarixi: 09.11.2017 19:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031