manera.az
manera.az

İstedadlı gənclərə dəstək - Yeni layihə

📅 08.05.2017 15:35

İstedadlı  gənclərə dəstək - Yeni layihə

Türkiyə Səfirliyi, Bakı Yunus Emre Institutu ve Təkamül Beynəlxalq Inteqrasiya Ictimai Birliyinin əmakdaşlığı ilə təşkil olunan "Qarabağın Səsi" adlı layihəyə start verilib.

"Qarabağın Səsi" layihəsini həyata keçirməkdə məqsəd musiqi istedadı olan məcburi köçkün uşaqlarının üzə çıxarılması və gələcək karyeralarında onlara dəstək olmaqdır.

Layihə bütün Qarabağ bölgəsindən olan məcburi köçkün həyatı sürən 10-17 yaş arası uşaqlar arasında keçirilir.

Müsabiqənin bölgələr üzrə seçim turları 4 may tarixindən etibarən Ağdamdan başlanılıb.

Münsiflər heyəti tərəfindən Ağdamda yaşayan Laçın və Ağdamlı istedadlı muğam ifaçıları seçildi və Bakı Yunus Emre Institutu tərəfindən bütün iştirakçılara hədiyyələr verilib.

Bölgələr üzrə seçim turlarının tarixləri: 4 may Ağdam, 5 may Gəncə, 12 may Kürdəmir, 16 may Biləsuvar, 26 may Sumqayıt.

Qeyd edək ki, münsiflər heyəti tərəfindən bu bölgələrdən seçilən istedadlı uşaqlar 8 iyun tarixində Bakı şəhərində keçiriləcək "Qarabağın Səsi" qala konsertində çıxış edərək öz istedadlarını böyük səhnədə nümayiş etdirəcəklər.


İstedadlı  gənclərə dəstək - Yeni layihə


Baxış sayı - 1 091 | Yüklənmə tarixi: 08.05.2017 15:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031