manera.az
manera.az

Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

📅 04.11.2017 15:49

Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək
Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əməkdar artist, qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.

Konsert noyabr ayının 7- də saat 19-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Gecədə xalq artisti Tofiq Bakıxanov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Asəf Zeynallı adına Musiqi kollecinin direktoru Nazim Kazımov, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov və Kənan Əsədov çıxış edəcəklər.

Konsertdə həmçinin xalq artistləri Aftandil İsrafilov, Ənvər Sadıqov, Gülyaz Məmmədova, əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, qarmon ifaçıları Aydın Əliyev, Baxşəli Əliyev, Teyyub Teyyuboğlu və klarnet ifaçısı Qulammirzə Mirzəyev musiqi nömrələri ilə çıxış edəcəklər.


Baxış sayı - 1 309 | Yüklənmə tarixi: 04.11.2017 15:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031