manera.az
manera.az

Safura Həsənzadə - "Cəmiyyəti uçuruma aparan nikahlar"

Safura Həsənzadə - "Cəmiyyəti uçuruma aparan nikahlar"Gəncləri narahat edən mühüm məsələlərdən biri - RƏSMİ NİGAH!


Gəncləri narahat edən mühüm məsələlərdən biri - RƏSMİ NİGAH!

Rəsmi nikahın yaratdığı gərginlik və məsuliyyətindən azad olmanın çıxış yolunu qeyri-qanuni nikahda görən insanlar, atdıqları bu addımın sağlam məntiqin məhsulu olduğunu iddia edirlər.

Vətəndaş nikahı nədir? Bizə və cəmiyyətimizə nə qazandırır?

Vətəndaş nikahı iki şəxsin razılaşaraq qeyri-qanuni birlikdə yaşaması, bir evi paylaşmasıdır. Məsuliyyətsizlik və cəsarətsizliyin başqa bir şəkli olan vətəndaş nikahının cəmiyyətimizdə doğurduğu nəticələr heç də ürəkaçan deyil. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2000-ci ildə nikahdan kənar doğulan uşaqların sayı 6282, 2010-cu ildə isə bu rəqəm 25385 nəfərə çatıb. 2011- ci ildə isə 29000 uşaq qeyri-qanuni nikahdan dünyaya gəlib. Bu rəqəm artıq ölkəmizdə bir çox “cəsarətli” kişi və qadının olduğu göstəricisidir.

Vətəndaş nikahı sadəcə beyinləri sərxoş edən hiss və duyğuların arxasınca qaçmaq, nəfsə tabe olmaqdır. Reallıq isə daha acıdır. Hər gün müxtəlif verlişlərdə efirə çıxıb kömək istəyənlərin çoxu vətəndaş nikahı əsasında ailə həyatı quranlardır. Bu şəkildə dünyaya gələn uşaqların ailə ortamından uzaqda böyüməsi, onların gələcək həyatlarında bir çox problemlərin başlanğıcını qoyacağını da istisna etmir. Bunu qəbul edən qadınlar, yalnız azad həyat tərzləri naminə doğulan uşaqları, düşünülməmiş atılan addımlarının səhvi kimi qəbul edirlərsə, o zaman onlar özlərinə verilmiş hüquqlardan imtina edirlər. Rəsmi nikah boşanma kimi qanuni ayrılıqdan sonra qadınlara sığortalı bir həyatı təmin etmə iqtidarına sahibdir. Lakin qeyri-rəsmi nikahlar bunları heç kimə vəd etmir. Əksinə? cəmiyyətə saysız-hesabsız «əxlaqsız» kişi və qadın qazandırır. Seçdikləri həyat tərzini gizli tutmaları isə bu nikahın çirkin olmasının bariz nümunəsidir. Əgər bu gün evlənən cütlüklər bir –birilərinə cəsarətlə “həyat yoldaşım” deyirsə, bunu bağladıqları rəsmi nikaha borcludurlar.

Bir milləti yaşadan, güclü dövlət edən onun sahib olduğu dəyərlərdir. Milli və mənəvi dəyərlərin zəif olduğu bir cəmiyyətdə ailə, millət, dövlət kimi məfhumlar da zamanla ortadan qalxar. Bu danılmaz faktdır ki, milli və mənəvi bağları olmayan millətlər tarix səhnəsindən silinib getmişdir. Liberal dəyərləri qəbul edərək, ailə kimi müqəddəs birliyi gənclərə aşılanan bu nikah forması ilə əvəzləmək xalqın taleyini təhlükə altında qoymaq deməkdir. Eqoizmin açıq-aşkar təcəllisi olan vətəndaş nikahı sabahı düşünmədən irəli atılan mənfi addımdan başqa bir şey deyildir.

Nəticə isə belə bir sual doğurur. İnsanları düşüncə tərzini dəyişdirən nədir? Baxdığımız filmlər, bizi ekrandan ayırmayan seriallar, verilişlər, yoxsa müasir ədəbiyyatımızın yeni düşüncə və dəyərləri təbliğ edən əsərləri?...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031