Anar Məcidzadəİlk görüşÜrəyimdə xoş bir dilək,
Əllərimdə dəstə çiçək,
Görüşünə gəlir ürək;
Tələsirəm ilk görüşə.
Çöldə payız, qəlbdə bahar,
Belə gündən de harda var?
Yağış ilə sevgi yağar;
Tələsirəm ilk görüşə.
Sevgi də var, sevmək də var,
Eşq yolunda ölmək də var.
İlk görüşə getmək də var;
Tələsirəm ilk görüşə.
Ən xoş günüm, ən xoş anım,
Bitməz olur həyacanım.
Gözlə məni gözüm, canım,
Mən gəlirəm ilk görüşə.
Allahdan xahişSəndən bəndə kimi bir xahişim var,
İlahi, verdiyin dərdi az elə.
Bu gözəl dünyanı işıqlı, nurlu,
Bütün ömürləri bahar, yaz elə.
Nə bir uşaq olsun gözləri yasşlı,
Nə ana baladan nigaran olsun.
Sevinsin bəşərin hər oğlu, qızı,
Bütün həyatımız firəvan olsun.
Sən ey dünyamızı yaradan Allah,
Heç zaman yaxşını əyməsin yaman.
Bu qoca dünyanı salamat elə,
İblisə, şeytana sən vermə aman.
Sən məni yaratdın-özünə bəndə
Bilirəm dünyaya nədir gəlişim.
Mənim qismətimə yaxşıları yaz,
Mənim pislər ilə axı nə işim?
Məni də, hamını sən xosbəxt elə,
Çəkməyək həyatda bir kərər acı.
Biz sənə sığındıq, sənə İlahi,
Sənsən bu heyatın, sənsən əlacı.
Payız yağışıYağış yağır aramsız,
Bəlkə bu yağış,
Ümidsiz insanların
göz yaşları...
Yağışlarla yuyulur,
Neçə baxımsız
baş daşları...
Bəlkə də susuzluqdan
yanan bir ağac,
Gözləyirdi bu vaxtı.
Sevinir-gətiribdir baxtı.
Bəlkə xəbərimiz yox,
Göydən ümid yağır.
Məhəbbət yağır.
Bəlkə xəbərimiz yox,
Yağışla qucaq-qucaq,
Səadət yağır.
Təbiətin qanunudur,
Payız yuyunduracaq,
Yay qurudacaq.
Bəlkə də payızda
sevən gözəl qız,
Yayda aşiqini,
Eşqini unudacaq.
Bax belə dəyişəcək,
Fəsillərdə,
Sevgilərdə.
Yaz da,
Yay da,
Payız da.
Sevgisinə qovuşacaq,
Bir yağışlı gecə də,
Sevilən o qız da...
Yağır payız yağışı,
Yağır çöllərə, çəmənlərə,
Bir sevinc bəxş edir,
Yağışı sevənlərə.
Mən həyatı sevə-sevə yaşadımÜrəyimdə dünyanın sevincini,
Acısını, sevigisini daşıdım.
Nə oldusa dedim qismətin işi;
Mən həyatı sevə-sevə yaşadım.
Məskən oldu bu torpaqda dağ-dərə,
Vətən dedim bu diyarda hər yerə.
Nəğmə qoşdum, şeir yazdım ellərə.
Bu torpağın hər daşıdır yaşıdım;
Mən həyatı sevə-sevə yaşadım.
İnsan doğulmuşam, olmuşam insan,
Bu ömür yollarım olmayıb asan.
Olsa da bir günah, olsa da nöqsan,
Yamanlıqda çəkiləməyibdir adım;
Mən həyatı sevə-sevə yaşadım.
Ömür bir gün qışdı, bir gün bahardı,
Hər ikisi gəlib məni tapardı.
Bir də gördün əcəl məni apardı-
Yarı yolda qırıldı ömür yaşım;
Mən həyatı sevə-sevə yaşadım.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.