Manera.az Anar Məcidzadənin şeirlərini təqdim edir.NaxçıvanTəbiətin göz oxşayır, Naxçıvan,
Adına nəğmələr yazılıb sənin.
Candan ayrı can olmaz ki heç zaman,
Sən bölünməz parçasısan Vətənin.
Heydər kimi igidlərin torpağı,
Dahilər yetirmisən bu cahana.
Batabatın göz oxşayır əzəldən,
Badamlı, Sirabı - dərmandır cana.
Cavidlərin yaradıb "Şeyx Sənan"ı,
Yaradıbdır "Peyğəmbər"i, "Ana"nı.
Məmməd Araz vəsf eləyib cahanı,
Ləl, incidir hər qarışın, Naxçıvan.
Uludur, qədimdir yaşın, Naxçıvan.
Xəbər alsan bu torpaqda nələr var,
Göy meşələr, göz yaşı tək bulaqlar.
Hüsnünə aşiqdir bu şair Anar,
Başdan-başa gözəl diyar-Naxçıvan,
Hər övladın da bəxtiyar, Naxçıvan.
***
Sən olmayandaYaz gəlməyir, bahar olmur,
Saçlarımda tumar olmur,
Sevgi yolu hamar olmur,
Gülüm, sən olmayanda.
Coşur dəniz dalğaları,
Ərimir yolların qarı.
Sorağını alım barı,
Gülüm, sən olmayanda.
Günəşin də üzü dönür,
Ocaq yanmır, odu sönür.
Açılmayır sənsiz könül,
Gülüm, sən olmayanda.
Düşmən qınar, dostlar qınar,
Ürək həsrətindən yanar.
Söylə, neyləsin bu Anar,
Gülüm, sən olmayanda.
***
Ürək neynəsin?!Səni sərt küləklər aldı əlimdən,
Fələyin işidir, külək neynəsin?!
Mənim də taleyim belə gətirib,
Qismətim belədir, fələk neynəsin?!
Həsrətin qəlbimi yandırıb-yaxıb,
Gözümün yaşı da sel kimi axıb.
Bu könlüm, a zalım, yaman darıxıb,
Dərdinə dözməyən ürək neynəsin?!
Hər eşqin, seviginin ayrıdır dərdi,
Dərd var ki bir günə gəlib, gedərdi.
Səninlə keçməyən ömür hədərdi,
Sənə dərmədiyim çiçək neynəsin?!
***
Sevdiyim adamAy mənim ciyər param,
Görən gözümdə qaram,
Bir gün qəlbinə dəysəm,
Sevgimiz olsun haram.
Ocaq idim alışdım,
Gah küsüb, gah barışdım.
Ürəyimi mən açıb,
Təkcə sənə danışdım.
Dərdin də dəva oldu,
Doyulmaz hava oldu.
Səninlə keçən hər gün,
Mənimçün səfa oldu.
Mənim sevdiyim adam,
Sən varsan. dərdə yadam.
Anarın sevgi payı,
Təkcə səninlə şadam.
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.