Manera.az Tural İsmayılovun iki pərdəli, kiçik fantastik pyesini təqdim edir.***
İştirak edirlər:
Aleksandr- kosmonavt
Leyla- kosmonavt
Ofelya- kosmonavt
Leonard- Mars yaşam koloniyasının sədri
Levin- ata
Məleykə- ana
Yusif-sinif yoldaşıVitali- oğul, Aleksandrın atasıBirinci PərdəSöhbətlər Hövsan qəsəbəsində baş verir . 4 otaqlı həyət evi. 2018-ci il.Levin: "Deyirlər ki, Marsda insanları yerləşdirməyə başlayacaqlar. Yer kürəsi ilə bağlı vəziyyət son dərəcə bədbindir. Böyük alimlər və fiziklər planeti böyük bir ekoloji sonsuzluq və əzabla üz-üzə qoyduğumuzu söyləyirlər. "
Məleykə: "Məsələ insandan asılı deyil, məncə. Ya da ki, mən sənin kimi pessimistləri qəbul etmirəm. Daha yaxşı bir planet üçün heç vaxt gec deyil."
Yusif: "Levin əmi, deyilənə görə Marsa köç indiki insanların düşündüyündən daha tez baş vercəcək. Seçimlər də onlayn aparılır. Və istəyən hər kəs müraciət edə bilər, dünyanın müxtəlif ölkələrindən 1 milyon insan seçiləcək."
Vitali: "Yəqin ki, gün gələcək və bizim arzularımız real olacaq. "
Levin: " Mən kosmik tədqiqatlarla bağlı gələn ildən Bakıda yox, Rusiyada işləyəcəm. Evli olmasa idim və sənin məsuliyyətini daşımasaydım, oğlum, mütləq müraciət edərdim."
Məleykə: "İndiki dünya insanın öz əməlləri nəticəsində dəyişib. Artıq fəsillər öz məcralarından çıxıb. Kimin nə etdiyi və sonumuzun necə olacağı məlum deyil. Houkinq düz deyir ki, ekoloji məsuliyyətsizliyimiz dünyanı yaşanılmaz bir hala gətirməkdədir."
Yusif: " Qlobal insan şüurunu indi siyasət, şou və məişət gündəmi zəbt edib. Bizim kimi insanlara isə hətta gülürlər. Amma bütün hər şeydən yuxarıda dayanmalı olan ekologiya çoxluq arasında düşünülməz bir hala gəlib."
Levin: "İnsan niyə evini- planeti qorumaq əvəzinə dağıdır? Hərhalda bütün insanlığın mahiyyətini heç vaxt düzgün izah edə bilmədik və edə bilməyəcəyik də. "
***
İkinci PərdəHadisələr baş verir Mars planetindəki süni yaşam koloniyasında. 3000-ci il.Leonard: " Hazırda Mars koloniyasında azərbaycanlılardan ibarət koloniya böyük mühəndislik işləri görürlər. Əməyiniz danılmazdır. Biz insanlıq tarixini qısa zamanda dəyişdik birlikdə. Və Yer kürəsinin başını alan bəla bütün dünya insanını vahid məcradan çıxış etməyə və daha gözəl bir yaşayış məskəni yaratmağa sövq etdi."
Ofelya: " Antaraktidadakı buzlaqların ərimə sürəti faciəlidir. Daşqınlar çoxalıb, Atlantik və Hind Okeanında suyun səviyyəsi tarixdə heç bu qədər qalxmamışdı."
Leyla: " Deyirlər ki, mərhələli şəkildə insanlar köçürüləcək. Amma tikinti və quruculuq işləri hələ çox aşağı səviyyədədir. Bizi qane edəcək bir nəticə hasil olmur hələ ki. "
Aleksandr: " Görəsən bir əsr daha öz planetinə sahib çıxa biləcəkmi bəşər insanı? Nüvə fəaliyyətləri dayanıb, yaşıllaşdırma işləri geişlənib, amma yenə də nəsə müsbət danışmaq üçün çatışmazlıqlar var."
Leonard: " Ən pisi də odur ki, indi bir çox başqa məskənlərdə problemlər var. Marsa ilk gələn günlərdəki kimi davranmır köçürdüyümüz insanlar. Artıq aşağı məhəllə koloniyasında hərc-mərcliklər var."
Ofelya: "Bizim Marsı da öz evimiz- planetimizin gününə qoymamaq kimi bir məsuliyyət və ehtiyatımız olmalıdır."
Leyla: "Necə edək ee, bu insanlar anlamırmı? Bizim məqsədimiz burada yeni həyat şəraiti qurmaq üçün insanlığa ilkin yardım və quruculuq işləri görməkdir. "
Aleksandr: "Məncə, ən böyük problem idarəetmə məsələlərinin ortaya çıxmağı ilə başladı. Nə vaxt ki, biz koloniyalarda ayrı-ayrı qruplara rəhbərlər təyin etdik yenə də çaxnaşmalar baş qaldırdı."
Leonard: " Axı, bizim sadəcə başqa yolumuz yox idi. İnsanlar özləri dərk etməlidir ki, bura Marsdır,biz burada məhv etdiyimiz planetə alternativ yaradırıq. Mən idarəetmə üzrə ən optimal variantı sınadım. İnsan xisləti qarşısında hamımız acizik."
Aleksandr: "Biz Marsı da Yer kürəsi kimi mükəmmələşdirmədən məhv edə bilmərik."
Leonard: "Təklifin nədir?"
Aleksandr: "Bundan sonra koloniyada qayda-qanuna riayət etməyən, asayişi pozan hamı təxirəsalınmaz şəkildə Yer kürəsinin ən qaynar münaqişə zonalarındakı humanitar missiyaya xidmət etmək üçün göndəriləcək."
Ofelya: " İnsan üçün etməyəcəyi heç nə yoxdur."
Leyla: "Daha yaxşı dünya üçün hamımız birgə bütün insanlıq naminə daha da irəli gedəcəyik."
Pərdə enir...MANERA.AZ
Baxış sayı - 1 491 |
Yüklənmə tarixi: 09.10.2017 12:49