manera.az
manera.az

"Qılıncın nitqi"- kiçik tarixi pyes

📅 17.08.2017 13:59

"Qılıncın nitqi"- kiçik tarixi pyes


Tural İsmayılov
(tarixi pyes)

İştirak edirlər:

Monqol kəndli, Ana
Gənc, Bacı.


Birinci Pərdə:

Hadisələr bir monqol kəndində varlı ailənin mülkündə baş verir. 12-ci əsr.


Monqol kəndli:- Oğul, indi hökmdarımız böyük əraziləri qəsb edib. Hər gün daha çox irəliləyirik. Bu isə yeni qəsblər, yeni mülklər, yeni torpaqlar, yeni imkanlar deməkdir.

Ana: - Bizim bölgədə ən zəngin ailə onsuz da bizim ailədir. İndi savaşlar gedir, əli qılınc və qalxan tutan bütün kişilər döyüşür.

Gənc: - Ay ata, bizim hər şeyimiz var, bizdən sonrakı nəsilləri də doyuracaq malımız və sərvətimiz. Amma bir şeyi yəqin elə, istilalar və qəsbkarlıqlar hər yeri bürüyüb. Sənin bütün dostların, yüksək ordu mənsubları talanları ilə ad çıxarıb. Hər yerə od vururuq, yandırırıq, dünyanı işğal etmək istəyirik, amma bir şeyi unuduruq, bir gün bizim də dövran bitəcək.

Bacı: - Qardaş, sənin ayağında problem var və döyüşlərdə onsuz da iştirak etmirsən, sən niyə narahat olursan anlamıram? Ümumiyyətlə, cəbr, həndəsə, astronomiyanı oxumusan, yaxşı təhsil amısan, imkanımız da bütün nəsillərə bəs edər. Sənin bu bədbinliyinin səbəbini anlamıram, anlamayacam da.

Gənc: - Anlaya bilməzsən. Bax belə baxanda bizim hər şeyimiz var, imkanlarımız sonsuzdur, amma siz başqa bir xalqdan, başqa millətdən sizin kimi olan mülkədarların, tacirlərin, zənginlərin qətlinə göz yumursuz, sırf hökmdarımız istəyir deyə, ona alqış tutursuz. Niyə axı? Niyə anlamırsız ki, bütün dünyada monqol xanədanlığının qurulmasını istəmək bəşəriyyətə qarşı haqsızlıqdır.

Ana:- Biz vaxtında sənin göyü öyrənmək istəklərinə, fəlsəfəyə aludəçiliyinə nəzarət etməli idik. Bu sözləri bir saray əyanının yanında desən,
boynun vurular, bilirsən yəqin ki. Xahiş edirəm, ağlına gələni danışma.

Bacı:- Sənin elmin sənin ailənin və mənsub olduğun millətin mövqeyinə uyğun gəlməlidir. Sən elə edirsən ki, sənə görə bizim də problemlərimiz yaranacaq.

Gənc:- Siz həm dünyada bütün insanların bərabər yaradılmasına inanırsız, həm də öz millətimizin ordusunun başqa torpaqları qəsb etməsinə alqış tutursuz.

Monqol kəndli: - Dünyanın qaydası budur, oğul. Tarix bunun üstündə qurulub, ya zəif olub, qəsb olunursan, ya da güclü olub, sən qəsb edirsən.

Gənc:- Mən bunu başa düşürəm. Amma nəsə tamam başqa bir yol olmalıdır.

Ana: O yolu əsərlərdir heç kim tapmayıb, bizdən əsrlər sonra da heeç kim tapmayacaq.

İkinci Pərdə
50 il sonra.


Monqol kəndli: Oğul, sənin son nəfəsində yanındayam bu gün, sən həmişə savaşlara qarşı çıxdın. Zəfərlərimizi belə dəstəkləmədin, amma bu gün məğlubiyyətimizin günhlarını sən çəkirsən.

Gənc: Ata, mən sevinirəm, 60 il ömür bəsimdir. Tək üzüldüyüm bir nüans var, mən fərqli heç nə təklif edə bilmədim dünyaya. Qılıncın nitqi yenə son çıxış oldu.

Pərdə enir.


Baxış sayı - 1 416 | Yüklənmə tarixi: 17.08.2017 13:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031