Fantastik hekayələr toplusu çap olunub
![]()
“Hədəf” nəşrlərinin “Cib kitabları” silsiləsindən təqdim etdiyi doqquzuncu kitab “Əcaib canlı” adlanır.
Nəşriyyatdan Manera.az-a bildirilib ki, kitabda əsasən oxucuları həvəsləndirmək üçün bir çox tanınmış fantastika müəlliflərinin – Alfred Van Voqtun “Əcaib canlı”, Robert Şeklinin “Yuxunuza soxulduğuma görə məni bağışlayın”, Andrey Platonovun “Ölmüş qocanın başına gələnlər” və Nils Nilsonun “Planet satılır” kimi maraqlı hekayələri toplanıb.
Oxucular kitabı “kitabevim.az”dan əldə edə bilərlər.