manera.az
manera.az

Mən Marsa getsəm- Nərgiz Nənə yazır...

Mən Marsa getsəm- Nərgiz Nənə yazır...


Nərgiz Nənə yazır...

Marsda həyat yaratmaq üçün işlər görülür. Deyək ki, bütün insanlıq qırmızı planetə köçdü. Bəs orada nə yeyib-içəcəyik? Yəqin ki, bizləri kababsız, supsuz, yumurtasız, pendirsiz, qatıqsız, ayransız, aşsız, dolmasız həyat gözləyir. A bu kosmik gəmini saxlayın, düşmək istəyən var...

Dünyanı yeyib-bitiririk deyəsən. Ona görə də həyatımızı davam etdirmək üçün başqa planetlər axtarırıq. Elə başqa planetlərdə həyat qurmaq üçün xərclədiyimiz milyarlarla dollarları xasiyyətini bildiyimiz Dünyamızı xilas ertmək üçün sərf edək də...

“Space X” şirkəti beş il ərzində Dünya ilə Mars arasında səfərlər başladacaqmış. Şirkətin qurucusu Elon Musk müştəriləri cəlb etmək üçün çox qorxulu cümlədən istifaə edib:
"Ya Dünyada qalıb zamanla yox olacaqsınız, ya da başqa planetlərə köçüb planetlərarası insan olacaqsınız”.
Dünya əhalisinin sayı 6 milyardı ötüb. Bu boyda adam Marsa necə köçəcək? Orada bu qədər adama yer var, ümumiyyətlə? Yoxsa, təkcə pulu olanlar yadplanetli ola biləcək?

Lap deyək ki, Dünyanı Marsa köçürdük. Bəs nə yeyəcəyik? Hələ mən oradakı məsafələrdən danışmıram. Kosmosda məsafələr təsəvvürə sığmayacaq qədər uzundur, genişdir. Uzaq məsafələr insanlar üçün elə mümkünsüz çətinliklər ortaya çıxarır ki, istər-istəməz Dünyaya bağlı olduğumuzu hiss edirik.

Balığı indidən unudaq, orada dəniz var ki, balıq da olsun?

Gələk, yadplanetlilərin yeməklərinə. Onların yediyi otlar və həmin otları yetişdirmək, böyütmək üçün lazım olan kompleks sistemi bizlərin fizika, kimya anlayışını yeyər. Bir onu bilirik ki, orada nəyisə yetişdirmək üçün bizə süni ultrabənövşəyi şüa, karbondioksid balonları və su lazımdır. Kosmik şəraitdə keçirilən sınaqlardan sonra heç bircə adama bəs etməyəcək qədər bənövşəyi rəngli kələm yetişdirə biliblər. Halbuki, bu pulla Dünyada tonlarla kələm becərmək olardı.

Tutaq ki, Marsda kələm yetişdirə bildik. Bəs onun içinə qoymağa pomidoru, əti haradan tapacağıq? Yağ, un.. Bəs salat hazırlamaq üçün tərəvəzlər... Hələ turşuları demirəm a...

Belə başa düşürəm ki, Marsda vegeterian olmağa məcbur olacağıq. Çünki hazırda oradakı bütün işlər sadəcə, tərəvəz yetişdirməklə məhdudlaşır. Quzular necə böyüdülür, süd necə ərsəyə gəlir, qoyunlar üçün yaşıl otlaqlar olurmu, toyuqlar sərbəst gəzə biləcəklərmi? Bu məsələlər haqqında yəqin ki, beyinləri yormurlar.

Dadsız, duzsuz, balsız həyat istəmirəm

Bunlar olamayacaqsa, deməli, bizi əsl aclıq orada gözləyir. Üzüm olmayacağı üçün şərab da olmayacaq. Bunlara dözə biləcəksinizmi? Balığı da bəri başdan unudun. Onsuz da orada dəniz yoxdur.

Sözümün mustafasını desəm, Marsda həyat olacaqsa, ləzzətsiz, dadsız, duzsuz, balsız olacaq. Xahiş edirəm, məni bu sərnişin siyahısından silin. Belə bir planetə getməkdənsə, öz dünyamda yox olub itərəm.

Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728