manera.az
manera.az

İslam fəthindən XIX əsrədək...

İslam fəthindən XIX əsrədək...
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir Milli Kitabxanası və Arxvinin sədri Dr. Əhməd Şukinin iştirakı ilə “Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)” adlı mühazirə keçirilmişdir.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi qonaqları salamladıqdan sonra Misirlə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafından danışaraq bu əlaqələrin daha da genişlənməsi üçün aparılan işlər barədə məlumat verdi.

Manera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İcraçı direktoru Oqtay Səmədov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Misir elm adamlarının Azərbaycana səfərlərinin təşkilini yüksək qiymətləndirərək, gələcəkdə elm sahəsində əməkdaşlığın daha da genişlənməsi, o cümlədən, Misir Milli Kitabxanasının və Arxivinin sədri ilə görüşdə Misir Milli Kitabxanası və Arxivində Azərbaycan guşəsinin yaradılması təklifinin həyata keçirilməsi üçün lazımı addımlar atılacağı barədə məlumat verdi.

Tədbirdə çıxış edən AMEA Əlyazmalar İnstitutunun Ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri professor Kamandar Şərifov və AMEA Ədəbiyyat İnstitutunun Qədim Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin apardığı işlərdən, Misir və Azərbaycan arasında mədəni əlaqələrdən və bu əlaqələrin vacibliyindən danışdılar.

Daha sonra Misir Milli Kitabxanası və Arxivinin sədri Dr. Əhməd Şuki “Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)” adlı mühazirə ilə çıxış edərək Misirdə olan memarlıq abidləri və onların tikintisi haqqında məlumat verdi.

Mühazirədə Azərbaycan Memarlıq və İnşaat, Bakı Avrasiya, Azərbaycan Dillər Universitetinin tələbələri iştirak edirdilər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031