manera.az
manera.az

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş/ MANERA.AZ

📅 16.02.2017 19:19

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş/ MANERA.AZ


Fevralın 16-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olmuşdur. Əməkdaşlıq və tanışlıq məqsədi ilə keçirilən görüşdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Mərkəzin yaranması tarixindən, faəliyyətindən. İki ölkə arasındakı mədəni münasibətlərdən danışaraq bildirmişdir: “Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi faəliyyətə başladığı dövrdən ərəb mədəniyyətinin bu ölkədə tanıdılması ilə yanaşı Misir və Azərbaycan arasında canlı körpü rolunu oynayır. Fəaliyyət istiqamətinə uyğun olaraq konfranslar, elmi seminarlar keçirməklə Mərkəz Misir mədəniyyətini və incəsənətinin tanıdılmasında öz töhfəsini verir.”

Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu dəvət üçün Mərkəz rəhbərinə öz təşəkkürünü bildirərək, rəhbərlik etdiyi İnstitutun fəaliyyəti və apardığı işlər barədə məlumat verdi. Daha sonra tərəflər arasında iki qurumun əməkdaşlıq sahəsində yollarını müzakirə etdilər.

MANERA.AZ


Baxış sayı - 1 968 | Yüklənmə tarixi: 16.02.2017 19:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930