manera.az
manera.az

Misir Mədəniyyət Mərkəzində növbəti görüş

Misir Mədəniyyət  Mərkəzində növbəti görüş
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov arasında görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Nümayəndəliyin fəaliyyəti barədə, Naxçıvan Muxtar Respublikasında aparılan işlər, iqtisadi inkişaf barədə, Naxçıvanda turizmin inkişafı haqqında ətraflı məlumat verdi.

Söhbət zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Mərkəzinin Azərbaycanda fəaliyyətə başladığı dövrdən həyata keçirdiyi işlər barədə məlumat verdi.

Görüş zamanı tərəflər arasında müştərək tədbirlərin təşkil olunması, əməkdaşlığın davamlı olması üçün bir sıra layihələrin və mədəni əlaqələrin inkişafı üçün planların müzakirəsi aparıldı.


Baxış sayı - 1 752 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728