manera.az
manera.az

Azdrama mövsümü “Qarabağnamə” ilə açacaq

📅 05.09.2017 18:27

 Azdrama mövsümü “Qarabağnamə” ilə açacaq
Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 22-də
“Qarabağnamə” tamaşası ilə açacaq.


Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən
məlumata görə, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin
“Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru xalq
artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə
Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər
Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir
Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə
Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar
Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov,
Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa
edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün
Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş
tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi,
ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və
İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə
çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.


Baxış sayı - 1 503 | Yüklənmə tarixi: 05.09.2017 18:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031