manera.az
manera.az

Yeni teatr mövsümü “Qarabağnamə” ilə açıldı | MANERA.AZ

Yeni teatr mövsümü “Qarabağnamə” ilə açıldı | MANERA.AZ
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 144-cü teatr mövsümünü İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açıb.

Teatrın baş rejissoru və direktoru Xalq Artisti Azərpaşa Nemət yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib.

A.Nemət deyib ki, görkəmli dramaturqumuz İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası Azərbaycan tarixinin böyük bir mərhələsini təsvir edir. Aktyorlarımız tamaşada məharətlə çıxış edirlər.

Qeyd olunub ki, bu il teatrsevərləri yeni tamaşalarla, qastrol səfərləri ilə, festivallarla dolu maraqlı bir mövsüm gözləyir. Sonra səhnə əsərində çıxış edən aktyorlar səhnəyə dəvət olunub. Tamaşaçılar aktyorları alqışlarla qarşılayıb.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Həmid Kazımzadədir. Səhnə əsərində əsas rolları Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov və başqaları ifa ediblər.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031