Xaqani Şirvaninin poeziya gecəsi qeyd olunub | MANERA.AZ
Şabranda Azərbaycan ədəbiyyatında "Töhfətul-İraqeyn" poeması, "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, 17 min beytlik lirik şeirlər divanı və bu kimi daha neçə əsərləri ilə böyük yer tutan Xaqani Şirvaninin poeziya gecəsi qeyd olunub.
Manera.az xəbər verir ki, əvvəlcə qonaqlar şairin abidəsini ziyarət edib, sərgi ilə tanış olublar. Daha sonra Xaqani Şirvani adına poeziya evində tədbir açıq elan olunub. Tədbirdə çıxış edənlər şairin həyat və yaradıcılığı haqqında məlumatlar verib. Çıxış edənlər bildiriblər ki, Şabranda Xaqani poeziya evinin fəaliyyət göstərməsi gənc nəslin tərbiyəsi üçün böyük əhəmiyyətə malikdir.
Poeziya gecəsinə idarə və struktur rəhbərləri, rayon ictimaiyyəti ilə yanaşı Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri qatılıblar. Şairlərdən Səlim Babullaoğlu ,Tofiq Nurəli, Nəcməddin Mürvətov,yazıçı-dramaturq Elçin Hüseynbəyli, tanınmış jurnalist Seyfəddin Hüseynli də qonaqlar sırasında olublar.
Tədbirin sonunda yerli musiqiçilərin ifasında Xaqaninin sözləri ilə oxunan muğam parçaları səsləndirilib.
Sərdar