manera.az
manera.az

Şair Nazim Əhmədli ilə görüş - FOTOLAR


Şair Nazim Əhmədli ilə görüş - FOTOLAR

13 may 13 may 2015-ci il tarixdə AYB-də şair Nazim Əhmədli ilə gənc yazarların görüşü keçirildi.


Tədbiri giriş sözü ilə açan gənc yazar Emin Piri ilk növbədə tədbir iştirakçılarını salamlayaraq Nazim Əhmədli haqqında gənclərə geniş məlumat verdi. O, qeyd etdi ki, Nazim Əhmədli gənclərə ən çox dəstək olan yazıçılarımızdandır. Nazim Əhmədli Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub və rus ədəbi mühitini içəridən tanıyan şəxsdir. Onun ədəbiyyatımızda gənc istedadların tapılıb üzə çıxarılmasında, təbliğ olunmasında böyük xidmətləri vardır.
Söz Nazim Əhmədliyə verildi. O çıxış edərək gənclərlə görüş üçün Emin Priyə minnətdarlıq etdi. Daha sonra əlavə etdi ki, mən işləməyin, təbliğatın tərəfindəyəm... Sentyabr ayından etibarən televiziyada “poeziya dəqiqələri” verilişini aparacağam. Həmçinin ildə bir dəfə seçmə şeirlərdən ibarət almanax dərc edəcəyik. Bunların hamısına pillə-pillə nail olmaq fikrindəyəm:
- Mən ənənələri inkar etməsəm də modern şeirlər də yazıram və gəncliyin bu sahədəki fəaliyyətini dəstəkləyirəm...

Tədbirdə şair Yasəf Türksəs, Fərqanə Mehdiyeva, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin və digərlərə çıxış etdilər.
Həmçinin gənc yazarlar da çıxış edərək şeirlər oxudular.

Sonda xatirə şəkilləri çəkildi.

P.S. Nazim Əhmədlinin manera.az-a verdiyi geniş müsahibəni yaxın günlərdə təqdim edəcəyik.

Şair Nazim Əhmədli ilə görüş - FOTOLAR
Şair Nazim Əhmədli ilə görüş - FOTOLAR
Şair Nazim Əhmədli ilə görüş - FOTOLAR
Şair Nazim Əhmədli ilə görüş - FOTOLAR

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31