manera.az
manera.az

Riyaziyyatla poeziyanın sintezi

Riyaziyyatla poeziyanın sintezi

Riyaziyyat insanlıq tarixinin ən qədim elmlərindəndir. Riyaziyyat bütün elmlərin açarı hesab edilir, onun köməyilə kainatı anlamaq olar.
Öz fəaliyyəti boyunca qazandığı elmi nailiyyətləri, maarifçiliyi və bədii yara¬dıcılığı, humanist insani keyfiyyətləri, tükənməz qurub-yaratmaq eşqi, sözü, əməli və ziyalılığı ilə geniş ictimaiyyətin dərin hörmət və məhəbbətini qazanmış Vahid Aslan “Riyaziyyat və poeziya” adlı metodik vəsaitini poetik dildə yazmaqla bir daha riyazi təfəkkürün qadirlik gücünü göstərdi.


Danışdıqca rəqəmlərin,
Dərin olur mənan dərin,
Şahı oldun elmlərin,
Riyaziyyat, riyaziyyat.

Möcüzəsən, sehrlisən,
Qocamansan, fikirlisən,
Səndə tapdım xoşbəxt həyat,
Riyaziyyat, riyaziyyat.

Təbiətin simvolusan,
İşıq yolu, nur yolusan,
Öyrənənə dost olursan,
Riyaziyyat, riyaziyyat.

Bu sətirləri yazmaqla Vahid Aslan riyaziyyat elminə olan bənzərsiz sevgisini ifadə edir.
Vahid Aslanın “Riyaziyyat və poeziya” adlı metodik vəsaitinin əlyazmasını oxuyarkən riyazi anlayışların poetik dildə verilməsindən dolayı, müəllifin fitri istedada, Tanrı vergisinə sahib olduğu göz önünə gəlir. Yazıçının yaratdıqları özündən sonra gələn nəsillər üçün örnəyə çevrilir.
Metodik vəsaitdəki şeirləri oxuduqca, rəqəmlərin dili ilə danişmaq, riyazi anlayışların dəqiqliklə ifadə olunması şagirdlərdə riyaziyyata olan sevgini bir daha alovlandırır. Onların elmə və təhsilə olan maraqlarını artırır. Eləcə də ən çətin riyazi anlayışların belə tərif və əlamətlərinin poeziyanın oynaq dilində verilməsi riyaziyyat elminin sirlərinin və əsl mənasının qavranılmasında şagirdlərin bələdçisinə çevrilir. Məsələn:


Kökaltıyam, kökaltı.
Məndən sənə nə qaldı;
Ədədləri sevmərəm
Tutsam aman vermərəm,
Əlimdən çıxsa belə;
Geri düşər, kiçilər,
Elə buna görə də
Məni sevmir ədədlər;

Riyaziyyatın ən maraqlı anlayışlarından biri olan “kökaltı” anlayışı haqqında deyilmiş bu fikirlər, söhbət açılan anlayışın əsl “simasını” açıb göstərir. Və yaxud da “limit” anlayışı haqqında olan aşağıdakı parçaya diqqət edək:

Ardıcıllıq kökümdür,
Nizamlıyam, dəqiqəm!
Qızıldan qiymətlidir,
Mənim hər bir dəqiqəm;
Sabit ədədəm, demək,
Öz-özümə yığılsam,
Dağılan yurd kimiyəm,
Sıfırdan kiçik olsam,
Qeyri-müəyyən deyiləm,
Hər bir zaman həllim var,
Sonsuzluqdur hədəfim,
Tükənməyən yolum var...


Burada da “limitin” dəqiq tərifi poeziya dilində ustalıqla ifadə olunub.

Vahid Aslan “Riyaziyyat və poeziya” adlı metodik vəsaitində riyaziyyata daha fərqli bir yöndən yanaşaraq, riyaziyyatın təkcə dərsliklərin məzmununda deyil, hər an poeziyanın fəlsəfi nöqtəsində yaşadığını təqdim edir.
Hesab edirəm ki, Vahid Aslanın “Riyaziyyat və poeziya” adlı metodik vəsaiti nəzəri və praktik baxımdan dəyərlidir. Əsər şagirdlər, müəllimlər və bütövlükdə pedaqoji ictimaiyyət üçün olduqca faydalıdır.

Almarə Abbasova,
ADPU-nun metodisti, ARTPİ-nin Riyaziyyatın
tədrisi metodikası ixtisası üzrə dissertantı

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829