manera.az
manera.az

Alimlərin növbəti uğuru - Dünyada ilk

📅 11.08.2017 14:53

Alimlərin növbəti uğuru - Dünyada ilk
Çinli mütəxəssislər dünyada ilk dəfə “Mo-Szı” adlı peykdən Yer kürəsinə məlumatların uğurla ötürülməsini həyata keçiriblər. Bu barədə “Ria.ru” saytı məlumat yayıb.

Layihənin müəllifi Çin Elmlər Akademiyasının üzvü Pan Szyanvey deyib ki, siqnal Xebey əyalətində yerləşən Yanşan dağlarında qurulmuş Sinlun müşahidə stansiyasına və Urumçi yaxınlığındakı Nanşan stansiyasına göndərilib.

Alimin fikrinə görə, peyk Çinin ərazisi üzərindən uçarkən sınaq üçün 10 dəqiqəlik imkan yaranır və bu müddətdə yerüstü stansiyaya 300 kilobit tutumunda şifrələnmiş məlumat göndərmək mümkündür.

Alim deyib ki, bu uğur Çin alimlərinə tamamilə təhlükəsiz kommunikasiya şəbəkəsi yaratmağa kömək edəcək. Belə şəbəkə məlumatların ötürülməsi zamanı tam məxfiliyi təmin edəcək və istənilən kiberhücumlara qarşı dayanıqlı olacaq.


Baxış sayı - 1 174 | Yüklənmə tarixi: 11.08.2017 14:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930