Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cari repertuarında olan və bir sıra beynəlxalq festivallarda uğurla çıxış edən “Kontrabas” tamaşası ilə növbəti səfərdən qayıdıb.
Moldovanın Kişineu şəhərində keçirilən və kiçik həcmli tamaşaların nümayiş olunduğu “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.Tamaşa Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunaraq çox böyük uğur qazanıb. Belə ki, səhnə əsəri festivalda iştirak edən ən uğurlu tamaşa kimi qiymətləndirilərək diplom və mükafata layiq görülüb.
Festivalda Azərbaycanla yanaşı, Moldova, Belarus, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının yaradıcı heyətləri iştirak ediblər.Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçirilib, sənət ocağı bir neçə ölkədə keçiriləcək beynəlxalq teatr festivallarına dəvət alıb.
Qeyd edəki,“Kontrabas” tamaşasına quruluşçu rejissor, xalq artisti, prezident təqaüdçüsü İrina Aleksandrovna Perlova qurluş verib və tamaşada Kontrabasçı rolunda Əməkdar Artist - Şövqi Hüseynov ifa edir
Turan Etibaroğlu
Manera.az
Baxış sayı - 1 286 |
Yüklənmə tarixi: 28.11.2016 20:19