manera.az
manera.az

Turqay Vəlizadənin növbəti uğuru

📅 28.06.2017 21:30

Turqay Vəlizadənin növbəti uğuru


Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının rejissoru Turqay Vəlizadənin "Azadlıq körpüsü" adlanan beynəlxalq layihə çərçivəsində Litvada N.Dumbadzenin “Didro” əsərinin motivləri əsasında hazırladığı tamaşanın premyerası böyük uğurla keçib.

Tamaşa bu yaxınlarda Litvanın şəhərlərinə qastrol səfərlərinə çıxmağa başlayır. Tamaşa həm də müxtəlif beynəlxalq teatr festivallarında iştirak edəcək. Tamaşanı Gürcüstanda oynanılması da planlaşdırılır. Layihə Gürcüstan respublikasının mədəniyyət və abidələrin qorunması nazirliyi və Litva respublikasının Mədəniyyət nazirliyinin mədəniyyət ittifaqının maddi dəstəyi ilə həyata keçirildi . Layihəni həmçinin Nodar Dumbadzeni fondu və onun rəhbəri Ketevan Dumbadze dəstəkləyib.


Gürcüstanlı rejissor Turqay Vəlizadə Gürcüstanda fəaliyyət göstərən və Gürcüstanda Tbilisidə Şota Rustaveli adına Tbilisi Dövlət teatr və kino Universitetinin magistr dərəcəsi olan ilk Azərbaycanlı rejissorudur.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 240 | Yüklənmə tarixi: 28.06.2017 21:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930