manera.az
manera.az

“Sağlam düşüncə, sağlam həyat tərzi” – Layihə

“Sağlam düşüncə, sağlam həyat tərzi” – Layihə
“Sağlam düşüncə, sağlam həyat tərzi” – gənclər arasında sağlam qidalanmağın təbliği layihəsi “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən bu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşərək həyata keçirilib.

Layihənin məqsədi gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir.

Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdlər arasında həyata keçirildi. Mövzu üzrə təlimlərin keçirilməsi üçün qruplarının formalaşdırılması məqəsdi ilə sosial şəbəkələrdə elanlar yayıldı, seçim prosesi aparıldı. Seçim prosesinə maraqlı tərəflər cəlb edildi, yeniyetmə və gənclər arasında görüşlər və ilkin müsahibələr oldu. Sonra məktəb, lisey, kollec, universitet və s. təhsil alan yeniyetmə və gənclər arasında sağlam qidalanma barədə geniş məlumatların yayılması, sağlam qidalanmaq haqqında geniş biliyin icmalara çatdırmaq üçün qeyd edilən təhsil müəssisələrində oxuyanlar arasında dəstək qruplarının formalaşdı. Formalaşmış dəstək qrupları üçün “Düzgün qidalanma haqqında məlumat”, “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” təlimlər təşkil olundu.

Layihə bu ilin avqustun əvvəlində yekunlaşacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30