“Yunus Emre Aşka Yolculuk” adlı tamaşa nümayiş olunub - FOTOLAR

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında “Yunus Emre Aşka Yolculuk” adlı tamaşa nümayiş olunub.
Manera.az xəbər verir ki, tamaşanı Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan millət vəkilləri, protokol nümayəndələri, akademiklər və bir çox incəsənət xadimləri izləyiblər.
Ssenarisi Bakı Yunus Emre İnstitutunun əməkdaşları tərəfindən yazılan, azərbaycanlı aktyorların və İnstitutun teatr dərnəyinin tələbələrinin səhnə aldığı teatr tamaşası “Yunus Emre Aşka Yolculuk”, izləyiciləri eşqə səfərə dəvət edib.
Türk mədəniyyətinin meydana gəlməsində böyük rolu olan, könülləri fəth etmiş Yunus Əmrənin həyatı, şəxsiyyəti, düşüncələri, təsəvvüfə gətirdiyi dərinlik və dünyəvi insan sevgisi Yunusun dili ilə səsləndirilib.
Qeyd edək ki, rejissoru Hikmət Rəhimov olan teatr tamaşasında Azərbaycanın tanınmış simaları: Pərviz Məmmədrzayev, Şamil İbrahimov, Yaqut Paşazadə, Rövşən Ağayev, Esmeralda Abdullayeva, Savalan Qrupu solisti Novruz Novruzlu çıxış edib.
Sevda,
Manera.az

