manera.az
manera.az

Yunus Əmrə İnstitutuyla AYB Memorandum imzaladı - FOTOLAR

Yunus Əmrə İnstitutuyla AYB Memorandum imzaladı - FOTOLAR


Noyabrın 10-da Azərbaycan Yazıçılar Birliyində Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi ilə Memorandum imzalanıb.

Manera.az xəbər verir ki, bu gün Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru İbrahim Yıldırım Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Görüşdə direktor Yunus Əmrə İnstitutunun həyata keçirdiyi layihələrlə bağlı məlumat verib.

Direktor qeyd edib ki, Yunus Əmrə İnstitutu türk dili, tarixi, mədəniyyəti və musuqisi sahəsində bacarıqlı alim və tədqiqatçıların yetişməsinə kömək etməyi, sertifikat proqramları ilə təhsil və tədris işlərini reallaşdırmağı əsas hədəf kimi götürüb. Mərkəz türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, Türkiyənin digər ölkələr ilə mədəni əlaqələrini artırıb dostluğunu inkişaf etdirmək məqsədiylə fəaliyyət göstərir.

Daha sonra AYB sədri iki ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün, yeni və önəmli layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyətin, geniş əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə qeyd olunub ki, Yunus Əmrə İnstitutu ilə həyata keçiriləcək bir çox önəmli layihələrlə yanaşı, aybKitab layihəsinin inkişafı üçün də geniş əməkdaşlıq ediləcək. Çağdaş Azərbaycan ədəbiyyatının təbliğ olunması, kitaba olan marağın artırılması, gənc müəlliflərin imza günlərinin təşkil edilməsi istiqamətində görüləcək işlər də Memorandumda öz əksini tapıb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza və mərkəzin direktoru İbrahim Yıldırım Memorandumu imzalayıblar.

Yunus Əmrə İnstitutuyla AYB Memorandum imzaladı - FOTOLAR
Yunus Əmrə İnstitutuyla AYB Memorandum imzaladı - FOTOLAR
Yunus Əmrə İnstitutuyla AYB Memorandum imzaladı - FOTOLAR
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031