Türkan Şorayla görüş olacaq - BAKIDA | MANERA.AZ
![]()
Bakı Yunus Emre İnstitutundan Manera.Az-a verilən məlumata görə, Türkiyə kinosunun əfsanə ulduzu Türkan Şoray 18 noyabr 2016-cı ildə Bakı Yunus Emre İnstitutunda tələbələr qarşısında çıxış edəcək.
Ünlü aktrisa ilə görüş yalnız Yunus Emre İnstitutunun tələbələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, tədbiri Bakı Yunus Emre İnstitutu Xəzər Universitetiylə birlikdə düzənləyir.
Tədbirə mediya nümayəndələri dəvətlidir.
Ünvan: Bakı şəhəri, Rəşid Beybudov küçəsi 142
Tel. (+994 12) 440-31-05 ![]()