Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin beşinci muğam operası olan "Әsli vә Kәrәm" operasının ilk premyerası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutmuşdur."Əsli və Kərəm"-in ilk tamaşası 1912-il mayın 18-də indiki AOBT-nın binasında olmuşdur."Əsli və Kərəm" 4 pərdəli, 6 şəkilli bu operanın librettosu da Hacıbəyovundur.
Tamaşanın rejissoru Hüseyn Ərəblinski, Rollarda H.Sarabski (Kərəm), Ə.Ağdamski (Əsli), H. Terequlov (Qara keşiş), M. Məmmədov (İsfahan şahı), Q. Göyçaylinski (Şeyx Nurani) və b. çıxış etmişlər.
Opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil olmuşdur.Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində də göstərilmişdir. "Əsli və Kərəm" AOBT-ndan başqa, respublikanın digər teatrlarında (Ağdam, Naxçıvan və s.) da tamaşaya qoyulmuşdur. Akademik Opera və Balet Teatr-nda yenidən "Əsli və Kərəm" 1957 ildən bəstəkar Nazim Əliverdibəyovun ork. redaksiyası ilə ifa olunurdu. 1988-ci ildən opera bu teatrın səhnəsində yeni quruluşda oynanılmışdır
"Әsli vә Kәrәm" operasının ilk afişası (1912)
Operada Qafqazda geniş yayılmış eyni adlı Azərbaycan xalq dastanının motivləri üzrə yazılmışdır. Operada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm edilir; əsərdə dini dairələrin təbliğ etdiyi feodal münasibətləri və millətçilik ideyalarına qarşı etiraz ifadə olunmuşdur. Əsas qəhrəmanların—Kərəm və Əslinin obrazlarının açılmasında Hacıbəyov, əsasən, muğamlardan istifadə etmişdir.
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 2 094 |
Yüklənmə tarixi: 18.05.2017 21:40