manera.az
manera.az

Özbəkistanın Xalq artisti Ramiz Usmanov Bakı səhnəsində

📅 17.05.2017 14:05

Özbəkistanın Xalq artisti  Ramiz Usmanov Bakı səhnəsində


Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, səhnə əsərində əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov ifa edəcək.

Opera və Balet Teatrının keçmiş solisti, hazırda Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan həmyerlimiz, Xalq Artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün sənət ocağına dəvət olunub.

Səhnə əsərində digər rollarda Əməkdar Artist Afaq Abbasova, Nina Makarova və başqaları çıxış edəcək.

Tamaşanın dirijoru Əməkdar Artist,Əyyub Quliyevdir.

Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 1 462 | Yüklənmə tarixi: 17.05.2017 14:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930