manera.az
manera.az

"Dəniz və biz" - Yeni imza

"Dəniz və biz" - Yeni imza
Lalə Mövsümova

Dəniz və biz
esse

Dənizə açılan bir pəncərə olsa... Qalın şərfə bürünüb o dəniz mənzərəsinə baxsam... Bütün olub keçənləri xatırlasam... Bir vaxt xoşbəxt olan o məni və məni xoşbəxt edən o gözlərini görsəm... İkimizi, xəyallarımızı bir tamaşa kimi dənizin üzərində, gözümün önündə canlandırsam. Orada cavan olsam... Bir də sən mənə oradan gülümsəsən... Hər şeyi yenidən başlasaq, yalansız, söz-söbətsiz, hətta, səssiz. Səsimizi belə çıxarmasaq... Gözlərimiz danışsın, illərdir yığılıb qalanlardan, peşmanlıqdan, yaşaya bilmədiklərimizdən. Əllərimizi qorxmadan, çəkinmədən, ətrafa baxmadan bir-birimizə uzatsaq... Gözümüzü belə yummasaq, öpüşəndə də bir-birimizə baxsaq... Elə oradaca suya uzansaq, sevişsək... Hərarətimizi dəniz soyutsa... Günahlarımızı dəniz yusa... Göz yaşlarımız dənizə qarışsa... Özümüz də dənizə qarışıb, böyük bir dalğaya çevrilib qalxsaq hündürə... Sonra da çırpılsaq qayalara var gücümüzlə... Ağrımız, acımız qayalardan süzülsə... İllərin ağrısından qurtulsaq... Rahatlaşsaq...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031