Manera.az Sevda Həsənin tərcüməsində Çarlz Bodlayerin "İnsan və dəniz" şeirini təqdim edir.Azad adam, dənizi sevəcəksən daima!
Dəniz aynandir sənin; ruhunu seyr edərsən
Onun sonu gəlməyən coşqun dalğalarında
Uçurumdur ürəyin, onun kimidir dərin.
Bənzərinin qoynuna dalmaq ən böyük zövqün;
Gözlərin, qollarınla sarılarsan ona sən.
Və ürəyin bir an dərdi unutmaq üçün
Qüvvət alır o vəhşi və yırtıcı səslərdən.
İkiniz də qaranlıq görünmək istərsiniz;
İnsan; ölçən olmadı daha dərinliyini!
Bilən yoxdur qoynundaki sərvətləri, ey dəniz!
Saxlayın sirrinizi günahlarınız kimi.
Amma əsrlər sonra belə durmadan
Aranızda bitməyən, insafsız bir döyüş var.
Elə bəyənirsiniz ölümü və vurmanı;
Ey ayrılmaz qardaşlar, ey sonsuz davakarlar!
MANERA.AZ
Baxış sayı - 1 740 |
Yüklənmə tarixi: 17.04.2017 13:20