manera.az
manera.az

Neft tutdu gözünü kor oldu DƏNİZ | MANERA.AZ

Neft tutdu gözünü kor oldu DƏNİZ | MANERA.AZ

“Günəşli “Yatağında həlak olanlara ithaf edirəm

Aydınlıqda boğulanlar

Bu dəfə dəyişib mövzularımı,
Nə aydan yazıram,nə də günəşdən,
Yağışı, küləyi lənətləyərək,
Axı necə yazım əsən küləkdən?
Necə doğuluruq,yaşayırıq biz
Gah şirin,gah acı oldu bu ömür.
Azacıq işığa qovuşmaq üçün
Zülmətdən zülmətə yoldu bu ömür.
Tufanların içində gizlənibdir qorxular
Dalğalar arasında yoxa çıxar doğrular.
Suda görünən ay da,aydınlığı yaradar.
Bu aydınlıq içində çox ümidlər doğular.
Bəzən gözəl ömürlər aydınlıqda boğular.
Dəniz özü boyda aydınlıq idi.
Axı necə deyim dəniz gözəldir.
O da zülmət ilə tutub əl-ələ.
Gör neçə ömürlər,alıb,gizlədib.
İşıqda o qədər günah işlənib
Zülmət gecələrin xəbəri yoxdur.
Bəzən sevdiyimiz ən parlaq işıq
məni qaranlıqdan artıq qorxudur.
Söndürə bilmədi alovları da,
Neft tutdu gözünü dəniz kor oldu.
Bəlkə də bir azca insafı vardı.
Onu da bu gecə tufan sovurdu.

Neft tutdu gözünü kor oldu DƏNİZ | MANERA.AZReyhan Kənan
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031