manera.az
manera.az

Yağışın əlindən tutub gedirdim... | MANERA.AZ

Yağışın əlindən tutub gedirdim... | MANERA.AZ


Heç yağışın dənizə düşdüyü an o səsi eşitmisiz?

Qəribə bir səsdir. Sanki göy üzü oz şəffaf barmaqları ilə dəniz adlı nəhəng bir fortopianoda əsrarəngsiz bir mahnı ifa edir. Yay gecəsi. Hər yan sakit . Külək də yox. Sadəcə yağış yağır. Otağımın eyvanı dənizə açılır. Gecədir...Yağışı izləmək üçün eyvana çıxıram . Mən yağışı dəlilər kimi sevirəm. Yağış adama elə gözəl sirr yoldaşı, dərd yoldaşı olur ki! Heç düşünmədiyin anda ürəyindən keçənləri duyar və sənlə bərabəy susaraq ağlayar. Bu gün yağışın ayrı bir özəlliyin kəşf etmişdim.

Bizim eyvandan dəniz açıq aydın görünür. Hətta bir az güclü külək əsəndə dalğaların səsi ta yataq otağıma qədər qonaq gəlir. Əsasən də yay gecələri. Dəniz otağıma hər zaman sükutu pozmağa gəlir səsiylə... Bir otağımın divarından asılan atamın ilk maaşıyla irandan aldığı, nənəmin isə qaçqın gələndə o boyda evdən bir tək götürüb gətirdiyi, qəhvəyi rəngdə olan o saatın əqrəbləri, bir də bəzən əsib coşan, bəzən də sakit dayanan, bəzən isə ləpələrini var gücü ilə sahilə çırpan o dənizin səsi sanki otağmdakı sükutla bir alıb verə bilmədikləri var. Sevdiyim sükut nə zaman qonağım, həmsöhbətim olursa ya o saat əqrəblərini takaatak işə salacaq ya da dəniz əsib coşub sükuta mane olacaq.
Yağış iri-iri damlalarla yağırdı. Çox gözəl idi. Sanki göydən iri milvarilər tökülürdü. Yağışın altında saatlarla qalmaq, ya da yol getmək məni xoşbəxt edir.

Hə, bir də yadıma düşmüşkən deyim, sonra unudaram. Payızda da belə yağış yağmışdı. O günü son anınacan unutmaram. Barmaqla sayılacaq unudulmaz xoşbəxtliklər sırasındadır, o gün də!..

Leysan yağışın altında Azadlıq metrosundan ABU-nun yanına qədər piyada getmişdim, gecə saat 12-də. Gecədən, qaranlıqdan hədsiz qorxan mən o gecə yağışın, xoşbəxtliyin əlindən tutub bütün qorxunu tərk edib sadəcə üzü xöşbəxtliyə gedirdim. İnsanlar bu leysandan daldanacaq yer axtarırdılar, hərə bir yana qaçırdı. Mən isə yağışın əlindən tutub gedirdim, üzü xoşbəxtliyə!..

Qəribə bir musiqi səsi gəlirdi. Havadan torpaq qoxusu, dənizdən yağış bəstəsi... Bu həqiqətən də möhtəşəmdir. Bir anlıq gözünü yumub özünü təbiətin möhtəşəmliyinə buraxmaq... Göy üzü o inci barmaqları ilə dəniz adlı fortepianosun kökləyib qəribə bir melodiya ifa... Bu musiqi cümləni inkar etmək idi. Bu musiqi antisöz idi...

Bu gecə özlüyündə qəbul olunmayan bir dünya idi. Gücdən imtina etmək idi, öz sükutunu belə eşitmədən bu gecəylə yanaşı addaımlamaq istəyirdi adam. Bu yağış uşaq kimi idi, günahsız, məsum. Bu yağışla həyəcanı bir balaca addım ayırırdı. Füsünkar bir gecədir və hələ də yağış yağır...

Çinarə Ömray
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031