Vasif AyanBir tənha yelkənəm, dənizində üzürəm,
Sən bir dalğa olsan da, gəlib mənə toxunsan,
Ümüdsüz arzularla sahilində gəzirəm,
Mənə birdən yad oldun sən, düşünürdüm doğmasan...
***
Ən uzun gecəm …
Tənhalığın yaşı yoxdur,
Uşaq, yetkin, ahıl,
Hər yaşın tənhalığı var.
Dar otaq kimi səni sıxar,
Uzun gecələrin tənhalığında bir qadın qarğışı var,
Həyatımda sənsizliyə səbəb olan,
gərgin savaş nöqtələrini,
doğruları və yanlışları tək-tək incələdim.
Məlum oldu ki, ağılsız bir sərsəriyəm,
Nə istədiyimi heç özüm də bilmirəm,
Peşman olduğum gecə ən uzun gecəm idi.
Yenə havan başıma vurub,
Gecə rezin kimi dartılır və uzanır.
Mənimki bir ehtiras deyil.
Bağlılıq.
Bir az da sevgi.
Ən uzun gecəmin qaranlığı qədər - Səni Sevirəm!
***
Qırmızı gülüm, çoxdandır baxçamda açmırsan.
Nədir, sənə toxunmuşammı?
Məsum gülüm! Mənim gülüm kimi çox paxılsan.
O sevgisindən məhrum etmiş məni, sən isə ətirindən...
sevgisiz və ətirsiz yaşayıram.
Sevgisiz və ətirsiz yaşayarlarmı?
Həyatdayam. Demək ki, yaşayıram!
Məsum gülüm, qırmızı gülüm - Mən də sənin kimi müvəqqətiyəm...
MANERA.AZ
Baxış sayı - 2 440 |
Yüklənmə tarixi: 02.03.2017 21:32