manera.az
manera.az

Naxçıvan səhnəsində “Varlı qadın” _MANERA

 Naxçıvan səhnəsində  “Varlı qadın”  _MANERA

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqli Dram Teatrının səhnəsində görkəmli dramaturuq əməkdar incəsənət xadimi Əli Əmirlinin “Varlı qadın” ” əsəri əsasında hazırlanmış eyni adlı tamaşası olacaq.

Qeyd edək ki,tamaşanın qurluşçu rejissoru Tofiq Seyidov, Musiqi tərtibatı,Mübariz Əskərov(Azərbaycanın Əməkdar Artisti) Rəssamı Səyyat Bayramov (Naxçıvanın Əməkdar rəssamı) və rollarda Azərbaycanın və Naxçıvanın Əməkdar artistləri Bəhruz Haqverdiyev, Günay Qurbanova, Vüsal Rzayev ,aktyorlardan Nurbəniz Niftəliyeva,Elnur Rzayev,Anar Eyvazov,Səyyad Məmmədov, Zülfiyə Zeynalova ,Fidan Qasımova və başqaları canlandırır.

Əsər Ailə-məişət mövzusunda qələmə alınmış bu əsər, pulun sayəsində insanların birdən-birə dəyişməsindən bəhs edir.
Çox kasıb vəziyyətdə yaşayan ziyalı ailəsinə bir anda xoşbəxtlik üz verir. Almaniyada yaşamış bir varlı qohumu alim Sarının həyat yoldaşı Həvvanın adına varislik kağızı yazır. Qadının ölümündən sonra bu kağızı əldə edən Həvva çox dəyişir, alim ərinə yuxarıdan aşağı baxmağa başlayır. Belə bir vəziyyətə dözməyən Sarı evdən çıxıb gedir və içkiyə qurşanır.

Varislik kağızından bir bənd Həvvanı çox təşvişə salır. Bu bəndə əsasən Həvva pullara sahib olmaqdan ötrü mütləq öz nəslindən- Zərlinskilərdən birinə ərə getməlidir.

Əsərin sonunda məlum olur ki, yetimxanada böyümüş Sarının özü də Zərlinski nəslindəndir. Bunu öyrənən Həvva və oğlu böyük cidd-cəhdlə Sarını evə qaytarmağa nail ola bilirlər.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 2 209 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728