manera.az
manera.az

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib |MANERA.AZ

📅 10.06.2015 13:10

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib |MANERA.AZ

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib.

İnstitutdan verilən məlumata görə, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer alıb. Atlasda həm də ilk dəfə olaraq mp3 formatında canlı səs yazıları verilib. Burada informasiyanı verən şəxslərin canlı danışıqları da var və onları dinləmək də mümkündür.

Atlasda Azərbaycanın və Naxçıvanın xəritəsi də verilib.

Atlasın tərtibçiləri Z.Xasiyev, K.İmamquliyeva, K.Quliyeva, Q.Qəmbərova və M.Məmmədlidir. “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın sonunda infarmatorların şəkli də öz əksini tapıb.


Baxış sayı - 1 930 | Yüklənmə tarixi: 10.06.2015 13:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930