manera.az
manera.az

Gülüşə həsrət qəlblər - ESSE

Gülüşə həsrət qəlblər - ESSE


Xəyalə Mərdanova

Ahıl Qəlblər Bir Gülüşə Həsrət Qaldı...

Uzun və ensiz dəhliz

Oxşar otaqlar və sükut dolu yaşam.

Fərqli həyatların ortaq fəlakətləri...

Övlad "təşəkkürü" bir ananı daha eyni qismətə sürüklədi.

Küncə qısılmış yeni bir "üzv" daha...

Gözləri əllərinə zillənmiş bir cüt tənha göz ...

Yeni həyatın səssiz sakini.

Hər kəsdən kənarda alışmağa çalışan kimsəli kimsəsiz bir qəlb daha...

Qocalar evinin səssiz divarları

Ümid dolu baxışlar,

Övlad Həsrəti ...

Qırıq qəlblər...

Bəlkə də qabları da qəlbəri kimi qırılmasın deyədir dəmir qablar, qaşıqlar...

Bəlkə də ruhun dərinliklərinə səs salması üçündur bu metal nəsnələr...

Səssiz isyanlara məhkum olunmuş eyni qismət sahibləri,

Ahıl yaşlarında övlad minnəti çəkmək də varmış qismətlərində...

Gözlərin ümidsiz ümidlərə, baxışların qapılara zilləndiyi neçə-neçə düşüncə...

Budurmu valideyn əməyinin qarşılığı?!

Budurmu övlad böyütməyin "mükafatı"?!

Görən harada etdilər o səhvi?!

Övladları önünə sonsuz nemətləri sunduqları zamanmı?!

Yoxsa yalnış olan bir övlad mənəviyyatıdırmı?!

Düşünmürlərmi ki, soyuq divarlara məhkum edilən gözlər bir gün də onlarınkı ola bilər?!

Heyif...

Bir ömrü böyüdüb ərsəyə gətirən qəlblər yalnızlığa məhkum edilməməlidir!

Vicdanları vitrin üçün saxlayan bəzi kimsələr onu istifadə də etməlidirlər.

Ki, bəlkə o zaman buz tutmuş qəlblər "mərhəmət" adlı nəsnəni buzlar altından tapar...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728