manera.az
manera.az

Əlil övlad iflic anasının belə kömək edir... - ÖRNƏK | MANERA.AZ

📅 07.09.2015 11:43

Əlil övlad iflic anasının belə kömək edir... - ÖRNƏK | MANERA.AZ

Qırx səkkiz yaşlı çinli fermer Çen Xininyanın həyatı həqiqətən son dərəcə məşəqqətlidir.

MANERA.AZ “newsland.ru” saytına istinadla xəbər verir ki, elektrik cərəyanının vurması nəticəsində 17 yaşında qollarını itirən Çen fermada işləməyi öyrənib və bu günə qədər həmin işlə məşğul olur. Amma təkcə əlil olsaydı, dərd yarı idi.

20 yaşında atasını itirib, indi isə xəstə anasına baxmaq onun öhdəsinə düşüb. Müəyyən vaxt keçəndən sonra anasının vəziyyəti lap da pisləşib. Kimsə Çenə dilənçilik etməyi məsləhət görüb. Amma o bildirib ki, qolları olmasa da, ayaqları yerindədir. Əlqərəz, pul qazanıb həm özünü, həm də anasını dolandıra bilər. Çen ayaqları ilə səbət toxumağı və fermaya nəzarət etməyi öyrənib. 2014-cü ildə onun anası tamamilə iflic olub. İndi onu qaşıqla yedirtmək lazım gəlib. Amma Çen bunun da öhdəsindən gəlib. Çenə əziyyət verən yeganə məsələ corab geyinməyi öyrənə bilməməsidir. Buna görə də tez-tez ayaqlarının donmasından əziyyət çəkir.

Çenin ayağındakı çapıq ilk dəfə bıçaqdan istifadə etmək cəhdindən sonra qalıb. Təsərrüfatı da, məişəti də Çenin ayaqları idarə edir.

Çen kimsəyə əl açmadan pul qazanmağa, həm özünü, həm də anasını doyuzdurmağa nail olub.
Əlil övlad iflic anasının belə kömək edir... - ÖRNƏK | MANERA.AZ
Əlil övlad iflic anasının belə kömək edir... - ÖRNƏK | MANERA.AZƏlil övlad iflic anasının belə kömək edir... - ÖRNƏK | MANERA.AZ


Baxış sayı - 2 366 | Yüklənmə tarixi: 07.09.2015 11:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031