manera.az
manera.az

Övlad dadı verən röya | MANERA.AZ

Övlad  dadı  verən röya | MANERA.AZ
manera.az

Üçüncü Dünya…
(hekayə)


Bu körpü uzandıqca uzanırdı, bitmək bilmirdi, sonu görünmürdü, həm də çox tərpənirdi, sanki asma körpülər təki yellənirdi, elə bil çürük idi, hardasa onu yerə buraxacaqdı, körpü yolu uzun, ümidləri qırıq, ayaqları yorğun idi, amma hələ ayağında qüvvət qalmışdı, körpünün inadına daha möhkəm irəliləyirdi... Nəfəsi də təngimək üzrə idi, illər idi yol gedirdi sanki, illərin yolçusuna bənzəyirdi, nə illər , nə aylar, nə həftələr, nə də günlər... Heç biri onu oğluna qovuşdura bilməmişdi.

Getmə, oğul, demişdi, yalvarmışdı, amma çifayda , oğlu getmişdi... İndi oğlunu körpünün o başında görəcəkmiş kimi nə olur olsun bu körpünün sonuna kimi getməyi düşünürdü, üzünə külək vurur, əl-ayağını şaxta kəsirdi, sanki bu dəqiqə körpünün üstündə donub qalacağından qorxurdu. Hər gün bu yolu getmək haqqında düşünürdü, amma yolun ortasında qala bilər deyə qorxurdu, nəhayət ki, özündə güc toplaya bilmişdi, günün bu gününə qismət imiş, yəqin oğlunu görmək... ata qocalmışdı, illər qocaltmışdı onu, yox, illər qocaltmamışdı, oğlunun gedişi qocaltmışdı onu. Oğlum, sən kamikadze oldun, pis peşə deyil, təcrübə üçün yaxşıdır, lənətə gəlsin sənin bu peşən, illərdir bitmir, orda telefon yoxdumu, zəngimə də cavab vermirsən, heç olmasa sən bir zəng et, səninçün ölümə belə getməyə hazır olan ananı soruş, hə, anan getdi ölümə, dedi, orda oğlumla görüşəcəm, sən bəlkə də ... yox həqiqətən indi körpünün o başındasan, körpünün başına çatsam səndən soruşulası sözlərim var. Uçdun əlimdən, uçdun, ilin günün bu vaxtında...

Daha sürətlə getmək istəyirdi, amma gücü – taqəti qalmamışdı... nəsə arxadan səs gəlirdi , elə bil kimsə onun arxasınca gəlirdi, yox o bu körpünün üstündə tək idi, tənha... kim ola bilərdi ki, bəlkə arxadan onu kimsə izləyirdi, yox ... onu izləyəcək, qayğısına qalacaq kimsəsi yox idi, bircə oğlu ola bilərdi ki, o da əlindən illər öncə uçmuşdu... Nəsə körpünün başı da qaranlığa bənzəyirdi son ucunda qaranlıq nə idisə nöqtə kimi bir şey idi... Allahu Əkbər , kimdir arxamca gələn , sanki nəfəsi az qala kürəyimə çatacaq... qara basır məni yoxsa... Bir az da irəlilədi, irəlilədi, körpü uzandı, uzandıqca uzandı, arxasınca gələn gəldikcə gəldi, sən kimsən axı, məni bu yoldan döndərməyə gəlirsənmi arxamca... yox dönmərəm, oğlum lap o başda məni gözləyir, ora çatmalıyam düşündü...

- Ata... qayıtdım ... ata... bir daha getməyəcəm Marsa....

Səsə diksindi , geri çevrildi, arxasında qoca bir kişi durmuşdu, başı ağarmış, gözlərinin ətrafı torbalanmış , üzü – gözü tüklü birisi idi, gözlərinin lap dərinliklərində kədər çoxdan məskən salmışdı özünə, sanki üzündən əlacsız

insanlara bənzəyirdi, gözləri təşnə idi, bəbəklərində həyat eşqinə heç bir ehtiyac görünmürdü... Eşqi sönmüş bir cüt göz bəbəyi... O bəbəklərdə eşqin heç bir növündən əlamət yox idi, bircəsindən başqa, öləzimiş olan gözləriylə anasını axtarırdı , bəlkə ana eşqi idi... Diqqətlə gözlərinin içinə baxmaqda davam etdi, o bəbəklərdə özünə doğma olan bir əlamət görmək istəyirdi, yox idi heç bir nişan, heç bir baxış, donmuş , sönmüş , ümidsiz bir cüt gözlərin lal baxışları idi...

- Sən ki məndən də qocasan, mənə niyə ata deyirsən ki? Üzündə illərin kədəri var , sənindəmi oğlun əlindən uçdu ?

- Ata... mənəm ... ata...

- Kimsən, arxamca niyə gəlirsən, bax , lap o başda , oğlum ordadır , qara nöqtəni görürsənmi, sonda ... məni orda gözləyir...
- Ata...

- Nə ata , mənim oğlum qara qaş , qara göz oğlan idi, sənin gözlərinin rəngi də sarıdır, axı sən mənim oğlum necə ola bilərsən, məndən qocasan, axı... Gəl birgə körpünün o başına gedək...

- Ata... yadındamı, anam mənə həmişə layla oxuyardı, yadındamı... mənim yadımdadır, gəldim o laylanı dinləyim, anamın laylasını, darıxdım, ata, anamdan ötrü, vətən torpağından ötrü darıxdım, ata...

- Bəs onda niyə getdin ?

- Orda sərhədlər yoxdur, orda heç dövlətlər də yoxdur, nə qədər ki, orda dövlətlər yoxdur , müharibələr də yoxdur ... yalnız insanlar var, onlar da torpaqsız, vətənsiz, amma Yerdən ora gedəcəklər , bizi təcrübə üçün yollayıblar, ata... gələcəklər oraları da bölüşdürməyə, əzib tökməyə, insan qanı dəyməmiş torpağını qana bulamağa... gələcəklər... bu dünyada gözlərini doydura bilməyənlər... orda anamın şirin laylası da yoxdur, ata... yadındadırmı, mən uşaq olanda anam mənə hansı laylanı oxuyurdu, yadındadırmı, ata, niyə susursan... yoxsa anam mənim laylamı özünə oxudu... Ata , gəldim sizi də özümlə aparım...

- Gedək , oğul körpünün o başında bircə dünya var, oğlumsansa gedək... sən bax, körpünün lap o başındasan, sən məni orda gözləyirsən...

Oyandı , şirin deyildi, acı da deyildi, övlad dadı verən bir röya idi...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31