manera.az
manera.az

Milli musiqi alətlərinə həsr olunmuş konfrans keçirilib/MANERA.AZ

Milli musiqi alətlərinə həsr olunmuş konfrans keçirilib/MANERA.AZ


Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin i birgə təşkilatçılığı ilə “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilib.

SalamNews-in xəbərinə görə, konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov tədbirin əhəmiyyətindən danışarkən bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunması təkcə sənaye və ticarət kontekstində deyil, müasir dövrdə mədəniyyət sferasında da aktuallığını qoruyur: “Əqli mülkiyyətin həm iqtisadi, həm sosial-elmi, həm də mədəni əhəmiyyəti var. Patent hüququ obyektlərinin mühafizəsi sənayenin effektivliyinə təsir etməklə yanaşı, ölkədə elmi biliklərin aşılanmasına, mədəni irsin qorunmasına, tarixən əldə olunmuş nüfuzun, intellektual komponentlərin gələcək nəsillərə ötürülməsinə mühüm vasitədir”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə malik olduğunu, ölkənin musiqi diyarı kimi tanındığını vurğulayıb. Bildirib ki, xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olub.

“Nazirlik digər əlaqəli dövlət qurumları ilə birgə bu istiqamətdə lazımi addımlar atır. Bundan sonra bu işlər davam edəcək. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə musiqi alətlərinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı vacib addımlar atılıb” - deyə Ə.Vəliyev qeyd edib.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov erməni plagiatı köklərinin ərazi iddiaları ilə sıx bağlılığını vurğulayıb. O, Müəllif Hüquqları Agentliyində 18 musiqi aləti qeydiyyatdan keçirildiyini nəzərə çatdırıb.

Konfransda Azərbaycanın tanınmış musiqi mütəxəssisləri çıxış ediblər.

Tədbirdə həmçinin bir sıra maraqlı məruzələr dinlənilib.

SalamNewsБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031