manera.az
manera.az

ADMİU-nun təşkilatçılığı ilə elmi-nəzəri konfrans keçirilib/MANERA.AZ

📅 04.04.2017 16:25

ADMİU-nun təşkilatçılığı ilə elmi-nəzəri konfrans  keçirilib/MANERA.AZ


4 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual
problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.


Konfransa təqdim olunan məqalələrdə ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil və təqdim edilmişdir. Məruzələrdə müqayisəli ədəbiyyatşünaslığın predmeti olan ədəbi əsərlər, janr və üslublar, yazıçının yaradıcılıq xüsusiyyətləri, ədəbi cərəyanlarla yanaşı, xalqların ictimai, mədəni inkişafı, mədəni və ədəbi əlaqələri qarşılıqlı tədqiq olunmuşdur. Ədəbiyyatşünalıq məsələlərinə müxtəlif aspektlərdən - fəlsəfi, sosioloji, tarixi, kulturoloji kontekstdən yanaşılmışdır.

ADMİU-nun təşkilatçılığı ilə elmi-nəzəri konfrans  keçirilib/MANERA.AZ


“Mədəniyyətlərin dialoqu: Şərq və Qərb təmasları”, “Bədii tərcümə ədəbiyyatların inteqrasiyasının əsas amili kimi” və “Şərq-Qərb dixotomiyası
kulturoloji kontekstində” üç seksiyadan ibarət olan elmi konfransda 56 məruzə dinlənilmişdir.

ADMİU-nun təşkilatçılığı ilə elmi-nəzəri konfrans  keçirilib/MANERA.AZ


Konfransın əhəmiyyətli cəhətlərindən biri də budur ki, məhz müqayisəli ədəbiyyatşünaslıq elmi Şərq-Qərb ənənələri əsasında formalaşan dünya
duyumunun, Şərq və Qərb mədəniyyətinin, Azərbaycanda avropatipli teatrın yaranmasının “Şərqin Molyeri” - dahi M.F.Axundzadənin dramaturgiyası əsasında öyrənilməsinə, mədəniyyətlərarası dialoqun qarşılıqlı mübadilə prosesinə, multikultural ədəbi irsin dəyərləndirilməsinə, tərcümə sahəsinin inkişaf tarixinə nüfuz etmək imkanı yaradır. Konfrans öz işini məruzələrin müzakirələri ilə davam
etdirmişdir.

ADMİU-nun təşkilatçılığı ilə elmi-nəzəri konfrans  keçirilib/MANERA.AZ


Turan Etibaroğlu
MANERA.AZ



Baxış sayı - 1 450 | Yüklənmə tarixi: 04.04.2017 16:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031