manera.az
manera.az

Rəşid Behbudovun xatirəsi anılıb | MANERA.AZ

📅 10.06.2015 13:02

Rəşid Behbudovun xatirəsi anılıb | MANERA.AZ

Azərbaycanın görkəmli müğənnisi, xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb.

Müğənninin adını daşıyan Mahnı Teatrında onun anım günü ilə bağlı konsert proqramı təqdim olunub. Konsertdə R.Behbudovun bir zamanlar ifa etdiyi mahnılar səsləndirilib.

Teatrın Estrada-Simfonik Orkestrinin bədii rəhbəri, əməkdar artist Salman Qəmbərov unudulmaz müğənninin repertuarına daxil olan mahnıların hələ sağlığında nəinki Azərbaycanda, bütün dünyada sevildiyini bildirib.

Konsert proqramında orkestrin müşayiəti ilə dünya şöhrətli müğənninin bir zamanlar ifa etdiyi “Alagöz”, “Darıxma”, “Bakı haqqında mahnı”, “Arzu”, “Laçın”, “Gəl bizim dağlara” kimi xalq və bəstəkar mahnıları səsləndirilib.

Konsertdə xalq artistləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, müğənnilər Mədinə Kazımova, Sahib İbrahimov, Aynur İsgəndərli, İlhamə Qasımova və başqaları çıxış ediblər.

Orkestri Azər Allahverdiyev idarə edib.


Baxış sayı - 1 864 | Yüklənmə tarixi: 10.06.2015 13:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031