manera.az
manera.az

“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimi - FOTOLAR

“Bakı-2015” I Avropa Oyunlarının  açılış mərasimi -  FOTOLAR
Azərbaycan səbirsizliklə gözlənilən anın – birinci Avropa Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.

Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.

Paytaxtın xəritəsinə yeni daxil olmuş Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı. Səhnənin quraşdırılması üç aya başa gəlib.

Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub.

Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi başladı.

Tamaşaçıların sürəkli alqışlarından sonra stadiona bir anlıq sükut çökdü. Bu sükutu dünya şöhrətli xanəndə Alim Qasımovun ifa etdiyi muğamın avazı pozdu. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi.

Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yarandı. Səhnədən səmaya fişənglər atıldı.
Simfonik orkestrin ifasında Azərbaycanın dövlət himni səsləndirildi.

Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirildi.

Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış məşəlin səyahət marşrutu nümayiş etdirildi.
Son məşəlçi - iki dəfə paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirdi. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayırdı.

Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf irəlilədi, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirib oyatdı. Həmin adam şair Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru vardı. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına apardı. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəldi. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanırdı. Havadan asılmış iri tərəzinin gümüşü rəngli gözündə qadın (Ay), qızılı rəngli gözündə isə kişi (Günəş) rəqs edirdi. Nizaminin qəhrəmanları Leyli və Məcnunun rəmzləri olan kişi və qadın dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirdilər.

Səhnə ətrafındakı halqada üç yüzədək ifaçı göründü. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolurdu. Halqa fırlandıqca adamlar sanki miniatür rəsmlərdə təsvir olunan obrazları canlandırırdılar. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparırdı. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünürdü.

Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxdı. Nizami ağacdan bir nar dərdi. Qəfildən hər şey dondu.

Nizaminin ətrafındakı miniatürlər dünyası torpağa bataraq yoxa çıxdı, tərəzi uzaqlaşdı və ifaçılar səhnəni tərk etdilər.

Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar göründü. Nar paralandı və onun dənələri – qırmızı rəngli yüzlərlə şar tribunaların üzərində uçmağa başlayaraq ecazkar mənzərə yaratdı.
Sonra komandaların paradı başladı.

Dünya şöhrətli müğənni Ledi Qaqanın ifası açılış mərasiminin vəd edilən sürprizlərindən biri oldu. O, piano arxasında əyləşərək “Imagine” (“Xəyal et”) mahnısını ifa etdi. Müğənninin ifası hərarətlə qarşılandı və dəfələrlə alqışlandı.

Stadionda Uilyam Uoltonun “İmperiya tacı” marşı səsləndi.

AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldıldı.

Stadiondakı tablolarda Avropa Nüvə Tədqiqatları Təşkilatının və orada çalışmış alimlərin videogörüntüsü, həmçinin ixtiraları yayımlandı. Onların arasında məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau da vardı.

Daha sonra stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı göründü. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidir. Uçub-keçən ulduzlar Bakı səmasında parlayır.

Avropa və buğa stadionun üzərində uçduqda Leoş Yanaçekin “Ot basmış cığırlarla” əsəri Hokon Eustbönün ifasında səsləndi. Bu bölmə birinci Avropa Oyunlarının rəsmi açılışını ifadə etdi.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva səhnəyə gəldilər.

Möhtəşəm tədbirdən fotoları təqdim edirik:

“Bakı-2015” I Avropa Oyunlarının  açılış mərasimi -  FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031