Dünən Rus və Sovet ədəbiyyatının görkəmli siması, SSRİ Dövlət mükafatı laureatı şair Yevgeni Yevtuşenko ABŞ-da xəstəxanların birində 85 yaşında vəfat edib.Y.Yevtuşenko bir neçə gün bundan əvvəl vəziyyəti ağır olduğundan ABŞ-xəstəxanasına yerləşdirilmişdir.Yevgeni Yevtuşenko uzun zamandı ABŞ-da yaşayırdı.Şair Moskva vilayətindəki Peredelkinoda dəfn olunacaq.Qeyd edək ki,Yevgeni Aleksandroviç Yevtuşenko 18 iyul 1932-ci il SSRİ-nin İrkutsk vilayətinin Zima kəndində Baltikyanı almanlardan olan həvəskar şair Aleksandr Qanqnusun ailəsində anadan olub.
1949-cu ildən dərc olunmağa başlayan şair Stalin sonrası dövrün ən populyar şairlərindən hesab olunurdu. Şairliklə yanaşı roman yazarı, aktyor kimi də tanınan Yevtuşenko dəfələrlə xarici səfərlərlə olmuşdur.Yevgeni Yevtuşenko 150-dən çox kitabın müəllifidir. Onun əsərləri Qərbdə və dünyanın müxtəlif şəhərlərində dərc edilib.Roman və şeirləri bir çox dillərində çap edilib. 1963-cü ildə Nobel mükafatının nominantı olub.SSRİ-nin ən böyük şairlərindən idi.Yevtuşenko imazsı sovet və rus ədəbiyyatının ən parlaq imzalarından biri hesab olunur.Uzun müddət ABŞ-da yaşayırdı.
Turan Etibaroğlu
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.