manera.az
manera.az

Rəşid Behbudovun yubiley gecəsi keçiriləcək

📅 09.12.2016 11:30

Rəşid Behbudovun yubiley gecəsi keçiriləcək
Dekabrın 14-də Heydər Əliyev Sarayında SSRİ və Azərbaycanın Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Yubiley tədbirində R.Behbudovun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışılacaq, sənətkarın mahnıları səslənəcək.

Rəşid Behbudov 1915-ci il dekabr ayının 14-də Tbilisi şəhərində xanəndə Məcid Behbudalı oğlu Behbudovun ailəsində anadan olub. O, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa edib.

Rəşid Behbudov 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı, 1959-cu ildə SSRİ Xalq artisti, 1978-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, 1980-cı ildə Sosialist Əməyi Qəhrəmanı və “Lenin” ordeni kimi fəxri ad və titullara layiq görülüb. O, Azərbaycan SSR Ali Sovetinə (3-6-cı çağırış) və SSRİ Ali Sovetinə (7-9-cu çağırış) deputat seçilib.

1989-cu il iyunun 9-da görkəmli müğənni vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub, məzarı üstündə qəbrüstü abidə ucaldılıb.



Baxış sayı - 1 299 | Yüklənmə tarixi: 09.12.2016 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031