manera.az
manera.az

Ancaq özünü sev, öz qədrini bil! - Aleksandr Puşkin _MANERA

📅 12.02.2016 18:13

Ancaq özünü sev, öz qədrini bil! - Aleksandr Puşkin _MANERA
MANERA.AZ Aleksandr Puşkinin "Yevgeni Onegin" əsərindən bir hissəni təqdim edir:

Kimə inanasan? Kimi sevəsən?
Varmı bir nəfər ki, düzilqar ola?
Kimdi ölçümüzü axtarıb gəzən,
Bir sözü, bir işi qoyanda yola?
Varmı haqqımızda böhtan yaymayan?
Varmı əzizləyib bizdən doymayan?
Varmı eybimizi örtüb gizləyən?
Varmı bir kimsə ki, adam bezməyə?
Xəyallar içində çırpınan xilqət
Xəyalat ilğımdı, başqa şey deyil.
Ancaq özünü sev, öz qədrini bil,
Hədərə getməsin çəkdiyin zəhmət
Möhtərəm oxucu, səndə ayıq ol,
Yoxdur bundan artıq ləyaqətli yol.


A. Puşkin, "Yevgeni Onegin"


Baxış sayı - 2 904 | Yüklənmə tarixi: 12.02.2016 18:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31