Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində ənənəvi 3-cü beynəlxalq teatr festivalına qatılıb.Gəncə Dövlət Dram Teatrının heyəti festivala Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "İyirmi ildən sonra" əsərinin tamaşası ilə qatılıblar.Tamaşanın qurluşçu rejissoru Əməkdar artist Novruz Cəfərovdur.Tamaşanın rəssamı Vahab Cəfərov,Musiqi tərtibatı Tünzalə Mustafayevadır .Rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Novruz Cəfərov, aktyorlar Yusif Cəfərov, Rauf Hüseynov, Aysel Şərifova və Emin Salmanov ifa edirlər.Martın 18-dən 27-dək davam edən festivalın yekunlarına görə Gəncə teatrının kollektivi xüsusi priz və diplomla mükafatlandırılıb.
Qeyd edək ki,Merzifon şəhərində keçirilən ənənəvi 3-cü beynəlxalq teatr festivalında Rusiya, Ukrayna,İran,Gürcüstan və sair ölkə Teatrları iştirak edir.
Turan Etibaroğlu
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.