manera.az
manera.az

Gəncə teatrı festivalda çıxış edəcək| MANERA.AZ

📅 18.09.2016 12:07

Gəncə teatrı festivalda çıxış edəcək| MANERA.AZ


Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalında çıxış edəcək.

Sentyabrın 15-dən başlayan “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Dram teatrının repertuarında olan Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası nümayiş olunacaq. Bu barədə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib.

Onun sözlərinə görə, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru İradə Gözəlovadır. Tamaşanın quruluşçu rəssamı Elnur Axundov, Musiqi tərtibatı isə Tünzalə Mustafayevanındır.

Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Faiq Qasımov, Elxan Yunis, İlham Hüseynov və Salamulla İsmayılov ifa edəcəklər.

Xatırladaq ki, yaradıcı kollektiv “Dəli yığıncağı” tamaşasını sentyabr ayının 18-də “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı cərcivəsində Mingəçevir Dövlət Dram teatrının səhnəsində nümayış etdirəçək.


Baxış sayı - 1 684 | Yüklənmə tarixi: 18.09.2016 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031