manera.az
manera.az

Gəncə Dövlət Dram Teatrında “20 ildən sonra” əsəri hazırlanır

📅 04.11.2016 17:59

Gəncə Dövlət Dram Teatrında “20 ildən sonra” əsəri hazırlanır


Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "20 ildən sonra" əsəri əsasında hazırlanan tamaşanın məşqləri gedir.

Əsərdə,Maddi sıxıntılar nəticəsində vaxtı ilə ona şöhrət gətirən sənətinə xəyanət edən xalq artisti nə qədər çabalasa da çıxış yolunu tapa bilmir. Aktyorun ümidsizliyə qapılıb özünü axının ixtiyarına buraxması ailə üzvlərini onun üstünə qaldırır.

Hətta sevimli həyat yoldaşı İşıqın “sən daha məni sevmirsən” sualına, “məhəbbətin də limiti var” deyə cavab verir. İşıq etirazla, tənələrlə kifayətlənmir, təşəbbüsü öz əlinə alıb ailəni kasıblığın məngənəsindən çıxarmağa çalışır.

Tamaşanın rəssamı Vahab Cəfərov,Musiqi tərtibatı Ziyad Abbasovdu.Rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Novruz Cəfərov, aktyorlar Yusif Cəfərov, Rauf Hüseynov, Aysel Şərifova və Emin Salmanov ifa edirlər.

Qeyd edək ki, Səhnə əsərinin ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.

Turan Etibaroğlu
Manera.az

Gəncə Dövlət Dram Teatrında “20 ildən sonra” əsəri hazırlanır


Baxış sayı - 1 518 | Yüklənmə tarixi: 04.11.2016 17:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031