manera.az
manera.az

Səni görməyən günlərdə- Mahmud Məsimin şeirləri/ MANERA.AZ

Səni görməyən günlərdə- Mahmud Məsimin şeirləri/ MANERA.AZ


Mahmud Məsim
***

Səni görməyən günlərdə,
Ürəyim intizar çəkir.
Səni görməyən güllər də,
Səni görmək üçün, gülüm,
Gözlərimə toxum əkir..

Yağış yox çətirim,
Gəl islanaq, gəl gətirim,
Mənim hər cümləm sətirim,
Sən olmasan necə gülüm
Səni görməyən günlərdə..

Sən Arazsan, mən də Kürəm,
Sən dəlisov, mənsə kürəm,
Az qalıram hey hönkürəm,
Yananda çıxmasın külüm
Səni görməyən günlərdə..

Gözlərini yenə görsəm,
Saçına lalələr hörsəm,
Bil ki, söyləmiş ölsəm,
Çəkirdim mən hər gün zülüm
Səni görməyən günlərdə...
***

Gözləri günəştək parlayan qadın,
Günəşi ovcuna götürdü getdi.
Bilmirəm gecəmi doğulmuşdu o,
Zülməti ömrümə gətirdi getdi..

Bahar mövsümündə açardı gülüm,
Onu izləyərdim qaçadı günüm,
Bizi ayırmağı bacardı ölüm,
Əzrail işini bitirdi getdi..

İncə əllərinə qonardı sözüm,
Saçına ilişib yanardı gözüm,
Hamıdan gizlədib danardı özü,
Necə sevdiyimi bilirdi, getdi...

MANERA.AZ


Baxış sayı - 2 197 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728