manera.az
manera.az

Qurd, quldur çevrilmələri- Mahmud Məsimin şeiri/ MANERA.AZ

📅 24.02.2017 21:03

Qurd, quldur çevrilmələri- Mahmud Məsimin şeiri/ MANERA.AZ


Mahmud Məsim

Xəyalları qurdalamaqdan qurtula bilsəm,
Qurd ola bilsəm.
Zamanın əqrəbini dişlərimlə parçalaram,
Əl çalaram tənhalığa,
Hər balığa,hər dənizə tar çalaram...

Qəlbimdə coşan fırtınanı durdura bilsəm,
Quldura dönsəm.
Çəkərəm qəlbi dələn qəm-kədərin süd dişini,
Əzbərləmərəm çarəsizin, kimsəsizin vərdişini,
Unut, hər şey yaxşı olar, sıx dişini.

Bezsə, beynimdəki qurd ulamaqdan cana gəlsə,
Qana gəlsə limana eşq gəmisi
Eşq dəlisi, sərsərisi fırtınalarda boğularmı, kapitan,
Doğularmı tanrının günəş oğlu,
Qaranlığa qərq olarmı günahdan, ahdan?

MANERA.AZ


Baxış sayı - 1 882 | Yüklənmə tarixi: 24.02.2017 21:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930