manera.az
manera.az

Cənab ayrılıq- Mahmud Məmmədovun şeirləri/ MANERA.AZ

Cənab ayrılıq- Mahmud Məmmədovun şeirləri/ MANERA.AZ


Mahmud Məmmədov

Mənsiz yoxluğumla bacarırsanmı?
Gülümsə,olsa da qəlb qırıq-qırıq.
Sevərkən biz belə düşünməmişdik,
Döyər qapımızı cənab ayrılıq.

Mənsiz qəmzələrin işıq saçırmı?
Yoxsa ki üzülüb,ağlayırsanmı.
Yazdığım şeiri çəkdiyim rəsmi,
Atmağa qıymayıb saxlayırsanmı?

Mənsiz yanaqların qızarırmı heç?
Kimisə görəndə utanırsanmı.
Qəlbinə yeni eşq toxumu səpib,
Sevginlə bəsləyib,sulayırsanmı?

Mənsiz günəş sənə salam verirmi?
Küləklər saçını oxşayırmı heç?
Bir zaman şairim dediyin oğlan,
Gör həmən oğlana oxşayırmı heç?

Mənsiz düşmənlərin sevinirmi de?
Sonuncu ümidin intiharına.
Mən idim gözəlim qeydinə qalan,
Mənimtək kim yanar indi halına...
***

Özündə ol bu gecə,
Qonaq olma özgələrə.
Özü gələ bilməyənlər girməsinlər yuxuna,
Yaxına buraxma üzsüz xəyalları.
Heç halı dəyişməyən ümidlərə təsəlli ver,
Kəs əlini kirpiyindən sallanan buludların.
Qulaqlarından divarlara mismarla bəlkələri,
Ləkələrini təmizlə tozlu gecələrin.
Küçələrində gəz parıldayan ürəklərin,
Küləyin ritmini dinlə bu gecə,
Özündə ol, özündə ol bu gecə...
***

Qara gecələrdə,qara düşüncələr
qucaqlayır beynimi,
Deyinir qəlbim döyünə-döyünə,
Öyünə-öyünə xəyallar gəlir üstümə.
Tüstülənir ümidlər,söndürməyə qalmayıbdı
bircə qram göz yaşı,
Göz daşıyır cəhənnəmdən ömrümə
iblisə uymuş yuxularım.
Qorxularım artır,hər sabah pəncərəmdən
günəş boylanmasa,
Boyanmasa dünyam..
***

Sən mənim altıncı,kövrək hissimsən,
Bütün varlığımda duyuram səni.
Ac olsan qapımı bircə kərə döy,
Saf, təmiz eşqimlə doyurum səni.

Sən mənim rəngarəng göyqurşağımsan,
Həyatın rəngləri gizlidir səndə.
Ruhunu axtarıb tapa bilmirəm,
Allahım ruhumu gizlədib səndə.

Sən mənim qapqara gecələrimin,
Bəmbəyaz səhəri,şirin sonusan.
Beynimdə dolanan düşüncələrin,
Böyük xəyalların sonsuz yolusan.

Sən mənim dünyamı nura boyayan,
Ömrümü isidən bəyaz günəşim.
De axı nə qədər sənsizliyimlə,
Vuruşum, savaşım, yalnız döyüşüm.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031